Valideynlərimin yerinə tövbə edə bilərəmmi?

    19.05.2017
Kimdən: 
Faiq
Sual: 
Salam. Valideynlərimin yerinə mən tövbə edə bilərəm? Etmək olarsa əgər və necə edilir
Cavab: 
Və aleykum Salam. Siz valideynlərinizi çox sevsəniz də, onların yerinə tövbə edə bilməzsiniz. Əgər onlar hər hansı bir günah əməldən tövbə etmirlərsə, günahlarına görə cavabdehdirlər və siz onların əməllərinə görə məsuliyət daşımırsınız. Uca Allah buyurur: "Hər kəs qazandığının girovudur". (ət-Tur, 21); "Heç bir günahkar başqasının günah yükünü daşımaz". (ən-Nəcm, 38). Valideynləri günahlardan qorumaq üçün onları haqqa dəvət etmək və onlara hidayət verməsi üçün Allaha çoxlu dua etmək imkanınız var. Daha ətraflı:
Teqlər: 
Paylaş: