Hər dəfə yel çıxadıqda həmin yeri yumaq vəsvəsəsini özümdən necə uzaqlaşdırım?

    19.05.2017
Kimdən: 
abdullah1996
Sual: 
Assalamun aleykum va rahmatullah.suallar vermişdim sizə cavablari gelmeyib belke de 2 3 ay olar. Deməli bir sualda cavab olaraq yazmısınız ki rütubət olmazsa yel çıxarsa yuyunmağa ehtiyac yoxdur.Məndə bu.hal tez tez baş verir.bəzən həqiqətən Sulu hal çıxır bəzən də mənə elə gəlir ki rütubətdi .yəni hər dəfə namazdan əvvəl yuyuram.ancaq nəcis olmur.yəni təmiz ola ola yuyuram.Bəzən girirəm çıxıram yene girirəm çıxıram təkrar təkrar bu qaydaya görə.bu da xəstəliyə gətirib çıxarır.Bilirəm ki belə etməsəm yaxşılaşaram. üzrlü hesab etmirəm özümü ən çox yuyunandan sonra olur.ayrı vaxt cox az olur Bunun vacibliyinə dəlil nədir hansı alim deyib bunu?və bunu inkar eləyən alimlər varmı dəlilləri nədir
Cavab: 

Və aleykumus-Sələmu va rahmətullah. Bu artıq sizdə vəsvəsəyə çevrilib, vəsvəsəyə fikir verdikdə o daha da çoxalır. Ona görə də, buna önəm verməyin. Yel çıxanda su ilə yuyunmaq lazım deyil. İmam Əhməd (Allah onlara rəhmət etsin) demişdir: "Yel çıxıdığı zaman həmin yeri su ilə təmizləmək barəsində Quran və Sünnədə heç nə bildirilməyib". (İbn Qudamə "əl-Muğni" əsəri, 1/100). Yalnız istisna hallarda, məsələn qarınağrısı xəstəliyi olanda yellə bərabər maye də çıxa bilər. Ona görə də, sizdə xəstəlik yoxdursa, yuyunmağa ehtiyac yoxdur. Həmçinin oxuyun: Yel çıxarkən yuyunmaq lazımdırmı? 

Paylaş: