Boynumda gəzdirdiyim dua ayaqyoluna düşüb, nə edim?

    26.05.2017
Kimdən: 
Muradova ilhame
Sual: 
Salam men hemise ustumde covser kebr duasin gezdirirem hazir almisam o üstümde olanda rahat oluram bugun unitaza dusdu ata bilmedim goturdum ama salavat verdim duaya su kecmeyib, palstik qabdadi cox narahatam men onu ne edim yeniden ustjmde gezdire bilerem? Onun gunahi nedi ne etmeliyem?
Cavab: 
Və aleykum Salam. Səhih hədislərdə belə bir dua növü yoxdur. Qurani-Kərimdə "Kövsər" surəsi var. Quran ayələri və sünnədə bildirilmiş dua və zikrlər boyundan asmaq yox, oxumaq üçündür. Bu, sanki başı ağrıyanın dərmanı içməyib boynundan asmasına bənzəyir. Daha ətraflı: Dua və ya Qurandan surə yazıb onu üzərində gəzdirmək olarmı? 
Teqlər: 
Paylaş: