Namaz qılarkən dəstəmazın olmadığı yada düşərsə, yenidən qılmalıyıqmı?
Sual:
Salam aleykum. 1)Bir insan namaz qılıb. Sonra yadına düşüb ki, dəstəmazı yox idi, o həmin namazı yenidən qılmalıdırmı? 2) İş yerində namaz qılmağa icazə verilmirsə o namazlarını evdə qılmalıdır? Yoxsa iş yerini dəyişməlidir? Allah razı olsun.
Cavab:
Aleykum salam. Namaz qıla-qıla dəstəmazın olmadığı yadınıza düşdükdə, namazı yarımçıq saxlayıb dəstəmaz alaraq yenidən namaz qılmaq lazımdır. Namazı qurtardıqdan sonra yada düşdükdə də dəstəmaz alınaraq namaz yenidən qılınmalıdır.
İş yerində namaz qılmağa icazə verilmirsə, namazları birləşdirərək (zöhr və əsr namazlarını, həmçinin məğrib və işa namazlarını) qıla bilərsiniz. Həmçinin Uca Allaha daha xeyirlisini yetirməyi dua edərək yeni iş yeri axtara bilərsiniz.