8 rükət duha namazını hər iki rükətdən sonra salam verməklə qılmaq olarmı?

    23.05.2017
Kimdən: 
İSMAYIL
Sual: 
Salam aleykum! Mən sizin bu saytı ardıcıl olaraq oxuyuram.Qabaqlar şıə namazı qılırdım.Onda mənə cox şey qaranlıq qalırdı.İndi sizin bu saytdaki yazıları oxuduqca cox şey öyrənirəm. sualım DUHA namazı barəsindədir.Əgər 8 rəkət duha namazı qılmaq istəsəm onu gecə namazı kimi 2 +2+2+2rəkət yəni hər 2 rəkətdən sonra salam verməliyəm yoxsa necə?Xahiş edirəm bunu mənə başa salasınız.Bu saytda zəhməti olan bütün insanlatdan ALLAH RAZI OLSUN və arzu edirəm ki bu sayt davamlı olsun.
Cavab: 

Va aleykum Salam. Bəli, ümumiyyətlə bütün sünnət namazları qeyd etdiyiniz kimi iki-iki qılınır. Ona görə Duha namazını da bu şəkildə qılmaq lazımdır. Həmçinin oxuyun: Duha (quşluq) namazı nədir və necə qılınır?

Teqlər: 
Paylaş: