Sevdiyim qız məni tərk etdiyi üçün qəlbim qırılıb...
Sual:
her vaxtiniz xeyir islamda sevgi barede nesihetler varmi yaza bilersizmi cox cox xais men birini cox sevirdim demey olarki Allaha her gun dua edirdimki bizi qovusdursun amma olmadi o meni basqasina deyisdi indi ureyim cox qiriqdi oz ozume deyirem birde hec kesi sevmeyecem gah da deyirem gedib birde danisim onla bilmirem ne edim hec neye hevesim yoxdu bilirem onu mene veren de Allahdi alanda ne olar meslehetlerinizi yazin xais indiden tesekkurler
Cavab:
Salam aleykum. Həddi aşmamaq və şəriət çərçivəsindən kənara çıxmamaq şərti ilə (yəni, evlənmək niyyəti ilə) islamda sevib-sevilmək qəbahət deyil. Evlənmək niyyəti ilə olmayan sevgi isə haramdır və böyük günah olan zinaya aparır. Bu cür sevgi insanın qəlbini məşğul edir və ona əziyyət verir. Ona görə də sevməzdən əvvəl ətraflı düşünmək və götür-qoy etmək lazımdır. Evlənmək niyyəti ilə sevirsinizsə, qızın məhrəmlərindən icazə alaraq onlar olan yerdə onunla görüşərək söhbət etmək olar. Həmçinin, qız oğlanı sevirsə ona xəbər göndərə və ya özü yaxınlaşaraq özü ona söz deyə bilər.
Siz sevdiyiniz qız başqasını sevirsə, onu unutmaq və Allahdan daha xeyirlisini istəmək lazımdır. Daha ətraflı: