Namazı tez-tələsik qılmaq günahdırmı?

    04.06.2017
Sual: 
Salam. Men namaz qiliram amma bezen namazimi tez-tez yeni celd qiliram. Goresen tez qilmaq gunahdir.?? Mene cavab verediniz??
Cavab: 
Və aleykum Salam. Namazı orta sürətdə qılmaq lazımdır. Tez-tez namaz qılmaq namazda olan mütiliyin olmamasına səbəb olur. Bu cür namaz qılmağı Peyğəmbər (salləllahu aleyhi və səlləm) qadağan etmişdir. Abdur-Rahmən ibn Şibl (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi və səlləm) “qarğa kimi dimdikləməyi (ruku və səcdəni çox tez etmək), heyvan kimi yerə yayılmağı (səcdədə dirsəkləri yerə qoymaq) və də­vənin özünə daimi yer seçdiyi kimi məsciddə yer seç­mə­yi" qadağan etdi" (Əbu Dəvud, 857). Daha ətraflı: Namazda bəyənilməyən əməllər hansılardır?
Teqlər: 
Paylaş: