Namazı bitirdikdən sonra zikr edərkən əlləri qaldırmaq olarmı?

    23.06.2017
Kimdən: 
eyvaz
Sual: 
Salam!Necəsiniz? Mən namazi bitirdikdən sonra cox vaxt elə oturdugum halda əzbərdən bildiyim surəni oxuyuram.Bilmək istəyirəm bu halda mən əllərimi yuxarı qaldırmaliyammı?Birdə bilmək istəyirəm ki əzbırdən yaxud kitabdan hər hansı bir surə oxuyub qurtardiqdan sonra nə desəm yaxşı olar.Qabaqlar hər hansi bir surəni tam yaxud yarımcıq oxuduqdan sonra S A L A V AT oxuyurdum.Necə etsəm yaxşı olar? Xahiş edirəm bunu mənə başa salın..Allah sizdən razı olsun və sizin bu saytı davamlı eləsin!
Cavab: 
Və aleykum Salam.
1. Zikr etmək ibadətin bir növüdür. Bütün ibadətlər isə Qurana və Sünnəyə (səhih hədislərə) əsaslanmalıdır. Ona görə də namaz qıldıqdan sonra istənilən bir surəni yox, yalnız səhih hədislərdə bizə bildirilən müəyyən surələr və zikrləri oxumaq lazımdır. Bu zaman əllərin qaldırılması isə heç bir səhih mənbədə bildirilməmişdir. Daha ətraflı:
Salam verib namazı bitirdikdən sonra edilən zikrlər
2. Quranın hər hansı surəsini oxuduqdan sonra xüsusi bir dua demək buyurulmayıb. Lakin Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər hansı bir xeyirli əməldən sonra bir duanı daim deyərdi. Aişə (Allah ondan razı olsun) belə demişdir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) oturduğu hər bir məclisdən, oxuduğu hər bir Qurandan, qıldığı hər bir namazdan sonra (etdiyinə) bu kəlmələrlə son verərdi: "Subhənəkə Allahummə va bihəmdik, əşhədu ən lə iləhə illə əntə, əstəğfirukə və ətubu ileykə". Dedim: "Ey Allahın Elçisi! Görürəm ki, olduğun hər bir məclisdən, oxuduğun hər bir Qurandan, qıldığın hər bir namazdan sonra bu sözləri deyirsən". O dedi: "Bəli, kim xeyir deyərsə, ona xeyirlə son vurular, kim şər söyləyərsə, onun üçün kəffarə olar". (ən-Nəsai "Sunənul-Kubra", 10067). 
Teqlər: 
Paylaş: