Keçmiş nişanlım məni aldatdığı üçün əsəb xəstəsi olmuşam...

    27.06.2017
Sual: 
Men but oglana nisanlandim ozude dindardi namaz oruc tutan bit aydan sonra bunlar hecneden nisani pozmaq isdedilerki birinci dediler oglan xesdedi mende gunahsiz bit qiz inanirdim aglayirdimki by xesdedi sonra dediler kecmisden sevgilisi varmis indi gelibki nisanlinan ayril usaqida varmis oglanan neise bizde uzuyu qaytardiq usdeliy arxamizca xosa gelmez sozder danisirdilar mende esidib aglayirdim eseblesirdim ama Allaha tapsirirdim sonra oglan esitdimki nisanlanib menu burda gozu yasli qoyub men helede heckime inanib aile qura bilmirem eseb xesdeliyine dusdum alinin mohure doyur ama bir qizi gozu yasli talehiyle oynadilar sizce xoşbext olacaq o menim bedbextliyim usdunde ?
Cavab: 
Salam aleykum. Sözsüz ki, keçmiş nişanlınız sizə zülm etmiş və sizin haqqınıza girmişdir və buna görə də Qiyamət günü siz ondan öz haqqınızı alacaqsınız. Bu, ya sizin günahlarınızın ona yüklənməsi, ya da onun savablarınızdan sizə verilməsi şəklində baş verəcək. Daha ətraflı: Qul haqqı barədə
Amma, siz baş vermiş müsibətə baxmayaraq öz həyatınıza davam etməli, bu müsibətin savabını Allahdan istəyərək ruhdan düşməməlisiniz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Mükafatın böyüklüyü bəlanın böyüklüyünə görədir. Həqiqətən, Allah bir qövmü sevərsə, onlara bəla verməklə imtahan edər. Kim razı olarsa, Allahın razılığını qazanar. Kim qəzəblənərsə, Allah da ona qəzəblənər". (ət-Tirmizi, 2396). Daha ətraflı: Allah insanları hansı şəkildə imtahan edir?
Siz Allaha şükür edin ki, o insanın yalançı olduğu haqda ailə qurmazdan qabaq xəbər tutmusunuz, çünki əks halda bu daha acı sonluğa gətirə bilərdi. Əsəb xəstəliyini isə Qurani-Kərimi dinləmək, çoxlu dua və zikr etməklə müalicə etməyə çalışın.
Paylaş: