Sünni namazı qəbuldurmu və şiə olan sünni namazı qıla bilərmi?

    23.06.2017
Kimdən: 
Arzu
Sual: 
Salam Aleykum. Rəfiqələrimlə söhbət zamanı mənim qıldığım namazın onların qıldığı namazdan fərqli olduğunu gördüm. Araşdırdıqdan sonra isə onların şiə,özümün sünni namazı qıldığımı anladım. Ailəmdən bu haqda soruşduqda mənə şiə olduğumu və o namazı qılmalı olduğumu dedilər. Ümumiyyətlə Sünnilik və Şiəlik-ayırmaq düzdürmü? Şiə insan sünni namazı qıla bilər mi? Və mənim qıldığım namazlar Allah tərəfindən qəbul olunub mu? Çox sağ olun.
Cavab: 

Və aleykum Salam. Sünnilik və ya şiəlik qanla keçmir, hər bir müsəlman Allahın dinini öyrənməli, peyğəmbərin (salləllahu aleyhi və səlləm) yolunu tutub getməli və sonradan uydurulmuş yeniliklərdən çəkinməlidir. Daha ətraflı:
Sünni doğrudur, yoxsa şiə?
Sünni namazı, yoxsa şiə namazı dinimizə daha uyğundur? 

Paylaş: