Pirə gedib orada ziyarət namazı qılmaq olarmı?
Və aleykum Salam.
1. Namaza yatıb qaldıqda, yuxudan oyanan kimi həmin namazı qılmaq lazımdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Kim bir namazı unudar, yaxud yatıb qalarsa onun kəffarəsi yadına düşən kimi namazı qılmaqdır". (Muslim, 684). Yuxudan oyanandan sonra namazı gecikdirib qılmaq isə günahdır. Həmçinin, oxuyun: Sübh namazına vaxtında durmaq üçün nə edim?
2. Ziyarət namazı adlı namaz yoxdur. Pirlər və ziyarətgahlarda Allahdan başqasına dua edilir, qurban kəsilir və s. ibadətlər edilir. İbadəti Allahdan başqasına etmək ən böyük günah olan şirkdir, Uca Allah şirk edib tövbə etməyənləri əbədi Cəhənnəmlə cəzalandıracağını bildirmişdir. Ona görə də, hətta siz bu əməlləri etməsəniz də, belə yerlərdən uzaq olmaq lazımdır. Pirdə namaz qılmaq da haramdır, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) qəbir olan yerdə namaz qılmağı qadağan edərək demişdir: "Allah yəhudilərə və nəsranilərə lənət eləsin! Onlar peyğəmbərlərinin qəbirlərini ibadətgaha çevirmişlər". (əl-Buxari, 1330); "Həqiqətən sizdən öncəkilər öz Peyğəmbərlərinin və əməlisaleh insanların qəbirlərini özlərinə səcdəgan edirdilər. Siz isə qəbirləri səcdəgah etməyin. Mən sizi bu işdən çəkindirirəm". (Muslim, 532); "Hamam və qəbiristanlıqdan başqa yer üzünün hər tərəfi səcdəgahdır". (İbn Məcəh, 745). Daha ətraflı: Pirləri ziyarət etmək və onlardan yardım diləmək düzgündürmü?