İnsan ölərkən ruhu görünə bilərmi?

    23.06.2017
Kimdən: 
ALLAHIN QULU
Sual: 
Salam cox sag olun suallarimi cavaplandirdiginiz ücün: 1.Insan can üstünde olanda ruhu cixanda görüne bilermi?ve ya ruh basqa adamin bedenine daxil ola bilermi? 2. Cumaya gederek iceri gederken sag ayaqla girende ne qeder savab qazanilir? ve ne qeder günah silinir.Mescide gederken iceri sol ayaqla girmek günahdir? 3.Qulagindan irin gelen insan yeni basindan tramma alan nece destamaz almalidir? nece namaz qilmalidir? teyemmüm alib namaz qila bilerem qulagim sagalana qeder? 4.Cenab qüslü menasi nedir?
Cavab: 
Və aleykum Salam. 
1. İnsan ölərkən ruhu görünə bilməz. Həmçinin, başqa insanın da bədəninə girə bilməz. Bəzən insanların ölüm anında video və ya fotolarda kölgə kimi görüntülər qeydə alınır. Bunlar ölən insanın ruhu deyil, böyük ehtimalla cinlərin görsənməsidir. Həmçinin, oxuyun: Möminin və kafirin ölümü 
2. Məscidə girdikdə sol ayaqla girmək günah olmasa da, sünnəyə ziddir. Məscidə cümə və ya digər namazları qılmaq üçün gedəndə, içəri daxil olarkən Peyğəmbər (salləllahu aleyhi və səlləm) aşağıdakı duanı oxumağı öyrətmişdir: "Əuzu billəhil-Azim və bivəchihil-Kərim və sultanihil-qadim minəş-şeytanir-racim (Tərcüməsi: Qovulmuş şeytandan Əzəmətli Allaha, Onun kəramətli Üzünə və Onun əzəli hökm­ranlığına sığınıram)". (Məscidə girərkən) bu­nu söylə­dik­də şeytan belə deyir: “O, günün qalan hissəsini də məndən qorun­du”. (Əbu Davud, 466). Amma bu duanın nə qədər savab olduğu bildirilməmişdir. Həmçinin, məscidə getməyin çox üstün bir əməl olduğu, günahların silinməsi haqda bir çox hədislər vardır. Daha ətraflı: Məscidə piyada getməyin savabı nə qədərdir?
3. Xəstə insan dəstəmaz ala bilmədiyi təqdirdə təyəmmüm edə bilər. Daha ətraflı:
4. Cənabət halı - cinsi münasibətdən və ya yuxuda məninin (spermanın) ifraz olunmasından sonrakı haldır. Bu hal baş verdikdə qüsl almaq lazımdır. Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Paylaş: