Anası icazə verməyən adam namaz qılmalıdırmı?

    19.05.2017
Sual: 
Salam. Xahis edirem sualima cvb verin. Dostumun komeyine ehtiyaci var. Eger evde fala baxan varsa amma dostum namaz qilmaq isdeyir. Fala baxan ise namaz qilmaga qoymur. Ne etmelidir?
Cavab: 
Və aleykum Salam. Dostunuz heç kəsin qadağasına məhəl qoymadan namaza başlamalıdır, çünki namaz Allahın əmridir. Namaz qılmaq məsələsində Allahdan qeyrisinə itaət etmək olmaz. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) buyurur: "Xaliqə (Allaha) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095). Həmçinin, dostunuz anasını fala baxmaqdan çəkindirməlidir, çünki bu, həlakedici günahlardandır. Daha ətraflı:
Ərim və qaynanam namaz qılmağa qoymurlar...
Paylaş: