Hər gecə yuxuda ölmüş yaxın adamları görməkdən necə xilas olmaq olar?

    01.07.2017
Kimdən: 
Ulker.
Sual: 
Salam.Her vaxtiniz xeyr olsun.Atamla qardasim yol qezasinda rehmete gedibler.Bu derde dozmeyen anam cox yasamadi.Xesteliyi askar olunan gun dunyasini deyisdi.Anamdan sonra her gece cox qarisiq yuxular gorurem her gece.1 gun bele normal yuxu gormurem.Yuxulara gore yatmaq bele istemirem.Hec birinin olusunu gormemisem,cox uzaqda yasayiram.Bir nece defe atamin meni cagirdigini,opub meni qucaqladigini gormusem.Yeqin men de olecem fikri meni rahat buraxmir.O biri bacilarim,qardasim menim qeder onlari yuxuda gormur.Onu da qeyd edim ki,tek dogmalarimi yox,rehmete geden tanidigim insanlari da gorurem her gece yuxuda.Xahis edirem buna izahat verrsiniz.Evvelceden tesekkur edirem.
Cavab: 
Və aleykum Salam. Yuxuda olanlara çox fikir vermək və həyatı bu yuxulara görə narahatlıqla keçirmək düzgün deyil. Hər bir halda sizin dünyasını dəyişmiş yaxınlarınızın bağışlanması üçün Allaha dua etməniz daha yaxşı olar. Bu yuxular şeytandan sizi qorxutmaq üçün atdığı vəsvəsələr də ola bilər. Vəsvəsələrə isə əhəmiyyət vermək lazım deyil. Habelə, Quran surələrinin səsli oxunuşuna qulaq asın və yatmazdan qabaq zikrləri edin. Daha ətraflı:
Paylaş: