Məni istəmədən ərə veriblər, boşana bilərəmmi?

    07.07.2017
Kimdən: 
Aygun
Sual: 
Meni istemeden ere veribler bowana bileremmi
Cavab: 
Salam aleykum. Ailə qurduqda qadının razılığı vacibdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Dul qadının əmri, bakirə qadının isə icazəsi olmadan onlar üçün nikah bağlanmaz. Orada olanlar dedilər: "Ey Allahın Elçisi, bakirə qadının icazəsi necə olur?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Onun susması icazəsi deməkdir". (Səhih əl-Buxari, 5136).
Ona görə də, ümumən qadın onun razılığı olmadan kəsilmiş kəbini ləğv etmə hüququna malikdir, lakin burada çox diqqətli olmaq, yüz ölçüb bir biçmək və böyüklərlə məsləhətləşərək bunun sonrakı nəticələrini yaxşı-yaxşı götür qoy etmək lazımdır. Qadın ərini sonradan sevə də bilər, çünki Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Qadın beş vaxt namazını qılarsa, Ramazan orucunu tutarsa, özünü haramdan qoruyarsa və ərinə itaət edərsə, Qiyamət günü ona: "Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol "– deyilər…". (İmam Əhməd, 1661). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: