Gün ərzində çatdıra bildiyim qədər namaz qıla bilərəmmi?
Sual:
Salam namaz qilmaq istiyirem ancaq oxudugum ucun catdira bilmirem.Amma namaz qilmaq cox isteyirem.Gun erzinde catdira bildiyim qeder qilsam gunah olar?
Cavab:
Və aleykum Salam. Namazları vaxtında qılmaq hər bir müsəlmana vacibdir. Siz namaz qılmağa başlayın, çatdıra bilmədiyiniz namazları namazın vaxtı çıxmamış, ayaq üstə və ya oturaraq da qıla bilərsiniz, bəzi hallarda namazları birləşdirmək də icazəlidir. Bu cavabı oxuyun: İşdə və ya dərsdə şərait olmadığı üçün namazları birləşdirmək haqqında