Övladı olmayan adama uşaq vermək olarmı?

    03.07.2017
Kimdən: 
Ramin
Sual: 
Salam aleykum. Övladı olmayan qohuma uşaq verməyə dinimiz icazə verirmi? Bu uşaq böyüyəndə onlara naməhrəm sayılırmı?
Cavab: 
Və aleykum Salam. Övladı olmayan insana müəyyən şərtlər çərçivəsində uşaq vermək olar. Uşaq əsl ata-anasının kim olduğunu bilməlidir, çünki Uca Allah buyurur: "Oğulluğa götürdüyünüz uşaqları öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir". (əl-Əhzab, 5). Həmçinin, uşağın doğma ata-anası üzərində haqları (məsələn, miras hüququ) yenə də qalır.
Əgər uşağı övladlığa götürən ər-arvadın başqa uşaqları varsa, bu uşaq yetkinlik yaşına çatdıqdan sonra oğlandırsa, ögey anaya və qızlarına, qızdırsa, ögey ataya və oğlanlarına naməhrəm sayılır və naməhrəmlərə şamil olunan bütün məsələlər (məsələn, hicabda olmaq, evlənməyin halal olması və s.) onlara da aid olur. Yalnız həmin uşağın 2 yaşına qədər ögey ana tərəfindən əmizdirilməsi istisnadır və bu halda məhrəm sayılır. Daha ətraflı: 
Dinimizə görə kimisə övladlığa götürmək olarmı?
Qadına ögey oğlu və ya ögey atası məhrəmdirmi?
Paylaş: