Dinimizə görə kimisə övladlığa götürmək olarmı?
Aleykum salam. Kimsəsiz uşaqları övladlığa götürmək və onlara yaxşılıq etmək insanı Cənnətə aparır. Uca Allah buyurur: "(Oğulluğa götürdüyünüz uşaqları) öz atalarının adları ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir. Atalarını tanımasanız, onlar sizin din qardaşlarınız və yaxınlarınızdır. Səhvən etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzəb, 5).
Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Özünün və ya başqasının yetiminə himayədarlıq edən Cənnətdə mənimlə bir yerdə olacaq. Dullara və yoxsullara kömək edən isə Allah yolunda olan mücahid kimidir".
Həmçinin, rəvayət edilir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) orta barmağıyla işarə barmağını yan-yana azacıq aralı tutub demişdir: "Mən və yetimin himayədarı Cənnətdə beləcə (bu iki barmaq kimi yaxın) olacağıq". (əl-Buxari, №: 5304). Həmçinin, oxuyun:
Qadına ögey oğlu və ya ögey atası məhrəmdirmi?
Övladı olmayan adama öz uşağını vermək olarmı?