Atamın halallığı olmasa sevdiyim oğlana qoşulub qaça bilərəmmi?

    23.05.2017
Kimdən: 
Rufu
Sual: 
Eger valideyin raziliqi yoxdusa xowbext olmaq olarmi??sevdiyim insanin imkani zeifdi deye atam vermir terslik edir bes men onunla qacsam atam mene bed niyyetli qarqiw edib haqqin halal etmese men neyniyerem cox caresizem 2yolda qalmiwam men hansi yolu secsem Allaha da xow geder...hec birinden kece bilmirem
Cavab: 
Salam aleykum. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) həm kişiləri, həm də qadınları dini və əxlaqı gözəl olanlarla evlənməyə təşviq etmişdir. Əgər ailə qurmaq istədiyiniz oğlanda bu sifətlər varsa, atanıza sözü keçən bir adam nəsihət etsin və Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) bu hədisini ona xatırladın: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin. Əgər belə etməsəniz yer üzündə fitnə və fəsad olar". Səhabələr (Allah onlardan razı olsun) dedilər: "Ey Allahın elçisi! Əgər həmin adamda bəzi əlamətlər (yəni, kasıblıq) olsa necə?" Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dedi: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin". O bunu üç dəfə təkrar etdi". (ət-Tirmizi, 1084, 1085; İbn Məcəh, 1967). Bununla belə evlilik üçün valideynlərin halallığı vacibdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Vəli və iki etibarlı şahid olmadan nikah olmaz. Bu cür kəsilməyən nikah batildir". (Əbu Davud; ət-Tirmizi). Ona görə də, səbirli olun və valideynlərinizin razılığını almağa çalışın. Həmçinin, Allaha çoxlu dua edin, çünki qəlblər Allahın əlindədir. Həmçinin oxuyun:
Paylaş: