Dəstəmaz gözdəymədən qoruyurmu?

    08.07.2017
Kimdən: 
Sevil
Sual: 
Salam desdemaz insani pis gozlerden n efsden qoruyurmi
Cavab: 

Və aleykum Salam. Gözdəymədən qorunmağın bir çox yolları vardır. Bu barədə daha ətraflı bu linklərdən oxuyun: 
Gözdəymə və ondan necə qorunmaq haqqında 
Bir insanın dəstəmazlı olması onu gözdəymədən qorumur. Lakin göz dəymiş bir insanı onu gözə gətirməsi ehtimal olunan bir insanın dəstəmaz suyu ilə müalicə etmək mümkündür. Bunun üçün gözü dəyməsi ehtimal olunan insandan dəstəmaz alıb dəstəmaz suyunu bir qaba yığması tələb olunur. Sonra bu su ilə göz dəymiş insan qüsl etməlidir. Imam Malik (Allah ona rəhmət eləsin!) rəvayət edir ki, Əmir bin Rabiə, Səhl bin Hüneyfi yuyunarkən görmüşdür və "Vallahi (Allaha and olsun), bu günkü kimi bir gün və belə gözəllikdə bir bədən görmədim"- demişdir. Bu zaman Səhl bin Hüneyf böyrü üstə yıxıldı. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Əmir bin Rabiaya acıqlandı və: "Biriniz qardaşınızı niyə öldürürsünüz Ona bərəkət duası edəydin. Get onun üçün qüsl et!"- buyurdu. Əmir də onun üçün üzünü, əllərini, dirsəklərini, dizlərini, ayaq barmaqlarını və köynəyini bir qab içində yudu. Sonra Səhlin üzərinə tökdü və o, adamlarla birlikdə gəzməyə başladı (Müvatta, 2/939; ibn Macə, 3509; Müsnəd, 3/486). Başqa bir hədisdə Aişə (Allah ondan razı olsun!) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) belə dediyinirəvayət edir: "Nəzəri dəyən adam dəstəmaz alsın, onun dəstəmaz aldığı su ilə, nəzər dəyən adam qüsl etsin" ( Əbu Davud 3880). Ibn Tavus (Allah ondan razı olsun!) peyğəmbərin belə dediyini rəvayət edir: Nəzər dəyməsi haqdır. Əgər qədərlə yarışacaq bir şey olsaydı, əlbəttə , nəzər yarışardı. Nəzəri dəyən adamın dəstəmaz suyu ilə nəzər dəyən adam qüsl etməsi ilə onu yox edin". (Abd ər-Rəzzaq, Müsənnəf 19770; Müslim, 2188).

Paylaş: