Tər qoxusu gəldiyi halda namaz qılmaq olarmı?

    14.07.2017
Sual: 
Salam sualim beledir: Ter iyi gele gele namaz qilmaq olar?
Cavab: 
Və aleykum Salam. Tərləmək və tər qoxusunun gəlməsi namazı batil etmir. Tək namaz qılacağınız vaxt yuyunmaq mümkün olmasa tər qoxusu gələ-gələ namaz qıla bilərsiniz, çünki tər murdar deyil. Amma camaat namazına belə halda getmək yaxşı deyil. Peyğəm­bər (salləllahu aleyhi və səlləm) demişdir: "Qoy sarımsaq və ya soğan yeyən adam bizdən uzaq dursun və ya məscidimizdən uzaqlaşsın və evində otursun!..." (əl-Buxari, 855). Həmçinin oxuyun: Dəstəmazı və namazı batil edən hallar 
Paylaş: