Bir və üç rükətli vitr namazının necə qılınmasını izah edə bilərsinizmi?
Sual:
salam aleykum size bir sualim var xaiw edirem tecili cavab verin Vitr namazi nece qilinir qilinma qaydasini yazili ve ya vidio weklinde burada yazin cox xaiw edirem 1 ruketlisinide 3 ruketlisinide onceden tesekkue tecili cavab verin bilmek isdirem
Cavab:
Və aleykum Salam. Vitr namazını bir rükət qıldıqda, Sübh namazının ikinci rükəti kimi qılınır. Vitr namazını üç rükətli qıldıqda isə onun iki forması var:
1. Sübh namazı kimi iki rükət qıldıqdan sonra salam verilir və qalxıb bir rükət də Sübh namazının ikinci rükəti kimi qılırsınız.
2. Üç rükətin birlikdə qılınması qaydası isə belədir: İlk iki rükəti Sübh namazının birinci rükəti kimi, yəni ikinci rükətdə təşəhhüdə oturmadan qılırsınız. Sonuncu rükəti isə Sübh namazının ikinci rükəti kimi, yəni təşəhhüdlə qılırsınız. Həmçinin oxuyun: Vitr namazı necə qılınır?