Zöhr namazını vaxtından 30 dəqiqə keçəndən sonra qılmaq olarmı?

    09.06.2017
Kimdən: 
nurlan
Sual: 
salam aleykum bilmek isteyirdim ki mes zohr namazindan 30 deqiqe kecenden sonra men zohr namazini qila bilirem birde men yeni namaza baslamisam namazda dualarda birden bezi sozler yadimnan cixir ve men yeniden namaz qiliram bilmirem sehv edirem ya duz cavabiniza gore de cox sagolun allah razi olsun
Cavab: 

Və aleykum Salam.

1. Vaxtı girdikdən sonra ilk 30 dəqiqədə qılınan namaz daha üstündür, lakin namazın vaxtı çıxana qədər də qıla bilərsiniz və bu halda qəza sayılmır. Məsələn, Zöhr namazı 12:40-da başlayır və 16:30-da çıxırsa, siz bu vaxt ərzində namaz qılsanız namazı yerinə yetirmiş sayılacaqsınız. 16:30-dan sonrakı vaxt qəza sayılır. Əgər belə olarsa, qəza namazını qılmalısınız. Daha ətraflı: Namazları namazın axır vaxtında qılmaq olarmı?

2. Namaza yeni başlayanın sözlərdə xəta etməsi normal haldır. Vaxt keçdikcə Allahın izni ilə namazın sözləri dilinizə yatar. Hər dəfə namazın sözləri yadınızdan çıxanda yenidən namaz qılmağa ehtiyac yoxdur. Diliniz öyrəşənə qədər əlinizdə namazın sözləri olan kağızı tutub üzündən oxuyaraq namaz qıla bilərsiniz. Namazda bilmədən etdiyiniz səhvlərə görə isə sizə günah yazılmır. Həmçinin oxuyun: Namaz qılmaq qaydası - VİDEO 

Teqlər: 
Paylaş: