Abortdan sonra qan kəsilib sonra yenə gəlsə namaz qılınmalıdırmı?
Salam aleykum. Ananın həyatına ciddi təhlükə olan hallar istisna olmaqla abort etdirmək böyük günahlardandır. Tövbə edərək bir daha belə etməmək, namazlara davam etmək və saleh əməlləri çoxaltmaq lazımdır. Abort hamiləliyin 81-ci günündən sonra edilibsə, bu zaman gələn qan nifas qanı sayılır. Nifas qanı kəsiləndən sonra təmizlənib namaz qılmağa davam etmək lazımdır. Əgər təmizlənəndən bir neçə gün sonra yenidən qan gələrsə, namazlara davam etmək lazımdır, çünki bu istihazə halı sayılır. Sadəcə hər namaz üçün qan dəyən yerləri təmizlədikdən sonra dəstəmaz alıb namaz qılmaq lazımdır. Abort və ya uşağın düşməsi 81 gündən tez baş veribsə, gələn qan nifas qanı sayılmır. Bu qan istihazə qanıdır, namazlara və oruca davam etmək lazımdır. Həmçinin oxuyun:
Tövbə etsəm, Allah məni bağışlayarmı?
Abortdan neçə gün sonra namazlarımı qılmağa başlamalıyam?
Heyz və nifas halında namaz qılıb oruc tutmaq olarmı?
Uşaq dünyaya gələndən nə qədər vaxt sonra qadın namaza başlamalıdır?