Namaz qılmaq istəyirəm, amma qorxuram çatdıra bilməyim...
Sual:
Ailəliyəm,həmdə işləyirəm namaz qılmağı çox istiyirəm ,namaz qılma qaydasınıda bilirəm ,amma qorxuram çatdıra bilmərəm,savabından çox gunah qazanaram,mən necə edim?
Cavab:
Salam aleykum. Siz unutmayın ki, aləmlərin rəbbi, hər şeyə qadir olan Allah üçün namaz qılırsınız. Allaha dua edin ki, bu yolda çətinlikləri sizin üçün asanlaşdırsın. Namaz qılmağın çətin olacağını düşünmək şeytanın vəsvəsəsidir, buna əhəmiyyət verməyərək tezliklə namaza başlayın. Namaz qılmamaq özü ən böyük günahlardandır, ona görə də, "namaz qılaraq savabdan çox günah qazanmaq" fikri səhvdir. Allaha dua edirik ki, qıldığınız namazların mükafatını qat-qat artırsın, dünyada və axirətdə sizə gözəlliklər bəxş etsin. Həmçinin, oxuyun:
Namaz qılmaq qaydası - VİDEO
Namaz qılmaq qaydası - VİDEO