Oruclu ikən analiz vermək məqsədilə istimna etmək olarmı?

    11.08.2017
Kimdən: 
Hh
Sual: 
Salam aleykum qardawlar necesiz?Bele bir sual vermey isteyirem.1)Demelei qardas analiz vermelidir uzr isteyirem spermadan orucu batil olurmu yoxsa davam edir.analiz veren gun oruc tutsun yoxs hemin gunu qeza elesin..Eger tutubsa analiz vaxti pozulurmu?Birde qardas oruclu iken yuxuda meni gelse oruc batil olur yoxsa qusul alib davam etmey lazimdir?men Namaz qilan vaxti oqlum gelir duz uz be uz dayanir menle oda mene qarsi namaz qilirmis kimi edir 2 yasi var bu zaman namaza tesiri varmi bele halin ve yaxud gunahdirmi?Onecede tsk edirem Xais edirem etrafli izah edesiz..Allah muselmanlari izzetlendirsin ve sabit etsin.Salam aleykum.
Cavab: 

Va aleykum Salam.

1. Əgər məhz Ramazan ayında spermadan analiz verməsi çox zəruridirsə, onda həmin günü oruc tutmasın və qəzasını da növbəti aylarda tutsun. Yaxud artıq oruc tutub sonra da analiz veribsə, onda yenə bir gün qəzasını tutacaq. Ancaq analiz verməsi vacib deyilsə, yaxşı olar ki, ya iftardan sonra, ya da Ramazan ayından sonraya saxlasın. Həmçinin oxuyun: Analiz üçün istimna etmək olarmı?

2. Oruclu ikən yuxuda məni gələrsə bu hal orucu yox, yalnız qüslu pozur. Daha ətraflı: Orucu pozan amillər hansılardır? 

3. Namaz qılarkən azyaşlı uşağın qarşınızda durması namaz batil etmir. Amma bu hal davamlı olsa namazın savabını azalda bilər. Ona görə də, hər ehtimala qarşı namaz qılarkən qarşınıza sutra qoyun və imkan daxilində çalışın ki, qarşısından kiminsə keçməsinə mane olasınız, çünki  bu, fikrinizin yayınmasına səbəb ola bilər. Daha ətraflı:
Namazı batil edən hallar
Sütrə haqqında
 

Teqlər: 
Paylaş: