Sübh namazını girdiyi vaxtdan bir saat gec qılmaq olarmı?
Sual:
Salam aleykum sübh namazinin vaxdini deqiq deyerdiz zehmet olmasa. Burda verilen vaxd çox tez deyil? Dan yeri sökülende qilinmali deyil? Bu vaxdnan qilanda heç rahat ola bilmirem ele bilirem tez qiliram. Sübh yox gece yari bir namaz. Sayta verilen vaxtdan bir saat gec yeni beşe 20 deqiqe işlemiş qiliram. Sehv edirem?? Evvelceden teşekkûr edirem
Cavab:
Və aleykum Salam. Narahatçılıq keçirməyiniz qəlbinizdə olan şübhə ilə bağlıdır, amma bu o demək deyil ki, namazı vaxtında qılmırsınız. Sübh namazının vaxtı girdikdən bir saat sonra da qılmaq olar, lakin bu halda fəzilətli vaxtından məhrum olursunuz. Sübh namazının saytda verilən vaxtı Quran ayəsində və hədislərdə deyilən vaxt ilə üst-üstə düşür. Rəvayət edilir ki, Adiy ibn Hatim (Allah ondan razı olsun) demişdir: "Ağ sap qara sapdan seçilənə qədər yeyin için" ayəsi nazil olduqda mən bir ağ və bir qara ip götürüb yastığımın altına qoydum və gecə boyunca bu iplərə baxdım, lakin heç bir şey ayırd edə bilmədim. Səhəri gün Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) yanına gəlib nə etdiyimi ona xəbər verdim. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) mənə dedi: "Əslində, bu, gecənin qaranlığı və gündüzün aydınlığıdır". (əl-Buxari, 1916). Burada şəhərlərdə görülməyən və üfüqdə olan nazik ağ xətdən söhbət gedir. Bu da Sübh namazının girdiyi vaxt sayılır. Daha ətraflı: