Ailəli qadını başqa bir kişi sevir və əl çəkmirsə, nə etsin?

    08.07.2017
Sual: 
Salam menim ərim var ancax mrni işdiyen birisi var əl çekmir mənəm imkanı bitdi menimde xoşma gelir ama yatmaxa risk etmirəm men nara bilerem
Cavab: 
Va aleykum Salam. Ailədən kənar cinsi münasibət zinadır. Uca Allah buyurur: "Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar. Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhm­­lidir!" (əl-Furqan, 68-70).
"Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32).
Ona görə də tövbə edərək həmin insandan bütün əlaqələri kəsin (telefon, görüşmək və s.) və onu unutmağa çalışın. Daha ətraflı:
Paylaş: