Aişəyə iftira atanlar Lut peyğəmbərin zövcəsinin də kafir olmasını misal çəkirlərsə, nə cavab verək?

    26.08.2017
Kimdən: 
Abdulxaliq
Sual: 
Salam aleykum. 1) Shiyelere deyendeki peygemberimizin xanimi Aishe (Allah ondan razi olsun) ve diger xanimlari esla pis ola bilmez. Chunki Quranda aye var: "Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər..." (en-Nur, 26). Onlar adama shubhe atirlar ki, ne olsun Asya ozu yaxshi oldugu halda kafir Fironun zovcesi idi, yaxud Lut peygemberin zovcesi de pis idi, hemchinim sehv etmirikse Nuhun da zovcesi ya oglu... ve s. Allah bilir dogrusunu. Bunu nece basha dushek, onlara nece verek? 2) Eger huccetden qabaq tekfir yoxdursa, onda peygemberimizin valideynleri niye cehennemlikdi?
Cavab: 

Və aleykum Salam.

1. Uca Allah Aişənin (Allah ondan razı olsun) günahsız olduğunu və onun haqqında deyilənlərin böhtan olduğunu Nur surəsinin 11-20-ci ayələrində açıq-aşkar bildirmişdir. Bundan sonra Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcəsinə dil uzadan Allahın ayələrini inkar etmiş və Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) namusuna toxunmuş sayılır. Daha ətraflı: Aişəyə atılan iftira barədə... 

Lutun və Nuhun zövcələrinin kafir olmasına gəldikdə isə Uca Allah onları sağ ikən bu peyğəmbərlərdən ayırmışdır. Nuhun zövcəsi suda batmış, Lutun zövcəsi isə öz qövmü ilə birlikdə məhv edilmişdir. Aişə (Allah ondan razı olsun) isə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) ölənə qədər onun yanında qalmış və Peyğəmbər (salləllahu aleyhi və səlləm) onun evində basdırılmışdır. O, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ölümündən sonra da heç kəsə ərə getməmiş və saleh bir adı qazanaraq mömin kimi dünyadan köçmüşdür. Hətta Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) sağlığında onun haqda gözəl sözlər deyərək buyurmuşdur: "Zövcəm Aişə cənnətlik­dir" (İbn Səad, 8/66; "Səhihul-Cami" 3965). Peyğəmbər (salləllahu aleyhi və səlləm) Aişəyə (Allah ondan razı olsun) dedi: "Həm dünya­da, həm də Axirətdə mənim zövcəm olmağa razısan­mı?" Aişə (Allah ondan razı olsun): "Əlbəttə razıyam!"- deyə cavab verdi. Pey­ğəmbər (ona Allahın salavatı və salamı olsun) dedi: "Dünyada da, Axirətdə də sən mənim zövcəm­sən!" (əl-Hakim, 4/10).

2. Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) valideynləri müşrik olublar və onların ətrafında İbrahim peyğəmbərdən qalma hənif dini mövcud olub. Onlar isə hənif dini ilə deyil, müşriklərin uydurduqları bütpərəstlik dini ilə yaşamış, özlərini tək Allahlılıq dinindən tamamilə uzaq olan bir din adamları saymışlar. Təkfir məsələsində hüccət yalnız özünü İslam dininə nisbət edənlərə tətbiq edilir. Özünü müsəlman saymayanlar isə hüccət çatıb-çatmamasından asılı olmayaraq kafir sayılırlar. Daha ətraflı: Cahillik üzrlüdürmü? 

Paylaş: