Aişəyə atılan iftira barədə...

    27.03.2016
Kimdən: 
Aysel
Sual: 
Salam axşamınız xeyir. Sizə sualım belədir.Aişə bakirə olmadan Məhəmməd(s.a.s) qəbul edib deyirlər bu doğrudur?
Cavab: 
Və aleykum Salam. Sözsüz ki, bu böhtandır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Aişə (Allah ondan razı olsun) ilə evlənəndə onun doqquz yaşı olub və Peyğəmbərlərin (salləllahu aleyhi və səlləm) həyat yoldaşları arasında bakirə yalnız Aişə olub. Ona görə də onun atasına Əbu Bəkr "Bakirənin atası" deyirdilər. Aişəyə Mədinədə olan münafiqlər tərəfindən atılan böhtanı indi də bəziləri bəzi insanlar deyirlər. Halbuki onu Uca Allah özü təmizə çıxarıb. Aişə deyir: "Peyğəmbər səfərə çıxmaq istədikdə zöv­cələri arasında püşk atardı. Püşk kimə düşsəydi, onu da özü ilə səfərə apa­rardı. Döyüş­lərin birində o yenə bizim aramızda püşk atdı və bu dəfə püşk mənə düşdü. Mən onunla birgə səfərə çıxdım. Həmin vaxt artıq hicab ayəsi nazil olmuşdu. (Bu səbəbdən də) məni kəcavənin içəri­sində apardılar. (Yol boyu lazım gəldikcə) məni kəcavə ilə birgə yerə endirirdilər. Səfərimiz beləcə davam etdi. Nəhayət, Peyğəmbər döyüşü başa vurub geri qayıtdı. Biz Mədi­nəyə yaxın bir yerdə (dincəlmək üçün) dayan­dıq. Peyğəmbər orada gecələ­məyib səfərə çıxmağı əmr etdi. Camaat yola düşməyə hazırla­şarkən Mən (təbii ehtiya­cıma görə təkbaşına su başına çıxdım və) qoşun­dan uzaqlaş­dım. Ehtiyacımı ödəyib qoşunun yanına qayıtdıqda, yolda əlimi sinəmə toxun­du­rub gördüm ki, Yəmən əqiqindən olan boyunba­ğım qırılıb düşüb. Mən geri qayıdıb onu ax­tar­mağa başladım və bu səbəbdən də yolum­dan qaldım. Bu əsnada, məni müşayiət edən əshabələr mənim kəcavənin içə­ri­sində olduğumu gü­man etdi­lər və onu götürüb mindiyim dəvənin üstünə qoy­dular. O zaman­lar qadınlar az yedikləri üçün yüngül çəkili və incəbelli olurdular. Elə bu səbəbdən də məni müşayiət edənlər kəca­vəni qaldırarkən onun çəkisindəki fərqi hiss etməmişdilər. Mən də o vaxt çox cavan idim. Be­lə­cə, onlar dəvəni sürüb apardılar. Qoşun çıxıb getdikdən sonra mən bo­yun­ba­ğı­mı tapıb düşər­gəyə qayıtdım, lakin artıq orada heç kəs qalmamışdı. Mən on­la­rın məni yerimdə tapmadıqları üçün mütləq dönəcək­lərini güman edib kə­ca­vəmin dayandığı yerə gəldim. Az sonra oturduğum yerdə yuxuladım. Həmin vaxt Səfvan ibn Muəttil əs-Suləmi əz-Zəkvani (qoşundan qalan əşyaları top­la­yıb sahib­lərinə qaytarmaq üçün) qoşunun ardınca gəlirdi. O, səhərə yaxın gə­lib mən olan yerə çatdı və yatmış bir insan qaraltısı görüb mənə yaxınlaşdı. O, hi­cab ayəsi nazil olmamışdan əvvəl məni görmüşdü (deyə dərhal məni ta­nı­dı). Mən onun: "İnnə lilləəhi va innə iley­hi raciun" (Biz, Allaha məx­susuq və Ona da qayıdaca­ğıq!) deməsinə oyandım (və dərhal çarşabla üzümü örtdüm). O, dəvəsini yerə çökdürüb ayağını dəvənin qa­baq ayağının üstünə qoydu və mən dəvəyə mindikdən sonra (onun noxta­sın­dan) tutaraq sürüb apardı. Nəhayət, biz, şiddətli isti olduğundan çayın qı­ra­ğında oturub dincini alan orduya yetişdik. Həmin vaxt bir çoxları (mənə if­ti­ra atmaqla) bədbəxt oldu. Böhtan atanların başçısı Abdullah ibn Ubey ibn Sə­lul idi. Mədinəyə çatdıqdan sonra mən bir ay xəstə oldum. Bu əsnada camaat böhtan atanların söz-söhbətlərini orada-burada danışırdılar. Həmişə xəs­tə­lən­di­yim zaman Peyğəmbərin mənə göstərdiyi qayğını indi ondan gör­mə­mə­yim məni şübhələndirirdi. O, sadəcə olaraq yanıma gəlib salam verir və: "Və­ziy­yətin necə­dir?" - deyib çıxıb gedirdi. Mən sağalanadək bu şərdən xəbərim ol­madı. Sağaldıqdan sonra mən Ummu Mistahla birgə əl-Mənasi deyilən bir yerə getdim. Bura bizim gecədən-gecəyə təbii ehtiyacımızı ödəmək üçün gəl­di­yi­miz yer idi. O vaxtlar hələ evlərin yaxınlığında ayaq­yolular tikilməmişdi və bütün bunlar əvvəlki ərəblərin adətlərinə görə idi. Mən Ummu Mistah bint Əbu Ruhm ilə yol gedərkən onun ayağı əbasına ilişdi və dedi: "Məhv olsun Mis­tah!" Mən ona dedim: "Sənin dediyin necə də pisdir! Sən Bədr döyüşündə iştirak etmiş bir adamı söyürsən?!" Ummu Mistah: "Ay qız, məgər sən onların nə dediyini eşitmə­misənmi?" - deyə soruşdu, sonra da iftiraçıların dediklərini mə­nə xəbər verdi. Xəstəliyim daha da şiddətləndi. Evə gəldikdən sonra Pey­ğəm­bər yenə mənim yanıma gəldi. O əvvəlki kimi salam verdikdən sonra: "Və­ziy­yətin necədir?" - deyə soruşdu. Mən ona dedim: "İzn ver, valideyn­lə­ri­min yanına gedim!" Mənim niyyətim o idi ki, bu xəbərin doğru olub-ol­ma­dı­ğı­nı vali­deynlərimdən öyrənib dəqiq­ləş­dirim. Peyğəmbər mənə izn verdi. On­da mən valideynləri­min yanına gəl­dim və anamdan: "Camaat nə da­nı­şır?" - deyə soruşdum. Anam dedi: "Qızım, özünü üzmə. Vallahi, çox nadir hal­­larda rast gəlmək olar ki, gözəl qadını əri sevsin və ərin başqa zövcə­ləri onun əleyhinə danışmasınlar". Mən dedim: "Subhanəllah! Demək, camaat bu­nu danışırmış". Mən bütün gecəni ağladım, səhərə qədər göz yaşım dayan­ma­dı və bir anlıq belə yuxulaya bil­mədim. Vəhyin nazil olması gecikirdi deyə Pey­ğəmbər Əli ibn əbu Talibi və Usamə bin Zeydi zövcəsini tərk edib-et­mə­mə­si barədə məsləhət almaq üçün yanına dəvət etdi. Usaməyə gəlincə, Pey­ğəm­bərə mənim namuslu olduğumu və bizi ürək­dən sevdiyini bildirərək dedi: "Ya Rəsulullah, sənin əhli-əyalın barəsində zərrə qədər də pis bir şey eşit­məmişəm!" Əli ibn Əbu Talibin cavabı isə belə oldu: "Ya Rəsulullah, Allah sənə (bu xüsusda) heç bir hədd qoymamışdır; ondan başqa nə çox qadın var. Sən Aişənin xidmətçisindən soruş, o sənə düzünü deyər". Peyğəmbər Aişə­nin xidmətçisi Bərirəni çağırıb soruşdu: "Ey Bərirə, onda səni şübhə­lən­di­rə­cək bir şey görmüsən­mi?" Bərirə dedi: "Xeyr! Səni haqq ilə göndərən Allaha and olsun ki, ondan bir qəbahət iş görsəydim, onu qına­yardım. Yalnız onu de­yə bilərəm ki, az yaşlı qız uşağı olduğu üçün mən yoğur­duğum xəmiri qo­ru­ma­ğı ona tapşırdıqda o yatar və qoyun gəlib xəmiri yeyərdi". Abdullah ibn Ubey ibn Səlul dedi­yinə görə üzrxahlıq istəsin deyə, həmin gün Peyğəmbər minbərə qal­xıb dedi: "(Ey müsəlmanlar!) Kim mənim zövcəmə əziyyət verən adamın itti­ham­larını rədd edib zövcəmə bəraət qazandıra bilər? Vallahi, mən zövcəm­dən xeyirdən başqa bir şey görmə­mişəm. Eləcə də ittiham olunan kişi­nin (Səfvan ibn Müəttilin) pis bir hərəkət etdiyi də mənə məlum deyil. O heç vaxt mənsiz bizim evə daxil ol­mayıb". Bu vaxt Səd ibn Muaz ayağa qalxıb dedi: "Ya Rəsulullah, vallahi ki, mən sənə haqq qazandırmaq istəyirəm. Əgər ittiham edən şəxs Ovs qəbilə­sindəndirsə, biz onun boy­nunu vurarıq, yox əgər qar­daşlarımız olan Xəzrəc qəbiləsindəndirsə əmr et, sənin əm­rini yerinə yeti­rək". Bu vaxt Xəzrəc qəbiləsinin başçısı Sə'd ibn Ubadə dedi: "Vallahi, sən ya­lan danışdın! Sən onu nə öldürənsən, nə də öldür­məyə qadirsən!" O, əmə­li­sa­leh adam idi, lakin buna rəğmən tayfabazlıq etdi. Bu sözdən sonra (Sə'd ibn Mu­azın əmisi oğlu) Useyd ibn Xudeyr qalxıb (Sə'd ibn Ubadəyə) dedi: "Val­la­hi, sən yalan danış­dın! Biz onu mütləq öldürərik. Həqiqətən də, sən mü­na­fiq­sən və müna­fiqləri müdafiə edirsən". Beləliklə, Xəz­rəc və Ovs qə­bilələri ara­sın­da elə bir çax­naşma düşdü ki, az qala bir-birlərini öldürəcək­di­lər. Bu vaxt Pey­ğəm­­bər minbərdə idi. O, dərhal minbərdən enib onları sakitləşdirdi və özü də susdu. Mən daha bir gün dayanmadan ağladım və bütün gecəni oyaq qal­dım. Səhərisi gün valideynlərim mənim bir gün yarım dayanmadan ağ­la­dı­ğı­mın şahi­di olduqda elə zənn etdilər ki, ciyərim parça-parça olacaq. Onlar mə­nim yanımda ikən, ənsar qadınlarından biri mənim yanıma gəlmək üçün izn is­tədi və gəlib mə­nimlə bərabər ağladı. Elə bu vaxt Peyğəmbər içəri daxil ol­du və (salam verib) otur­du. Bu söz-söhbət başlanandan bəri o mənim yanım­da otur­mamışdı. Bir ay keçmə­sinə baxmaya­raq, mənim barəmdə heç bir ayə na­zil olmamışdı. O, şəhadət gətirdikdən sonra dedi: "Ey Aişə, sənin barəndə mənə filan-filan xəbərlər çatıb. Əgər günah­kar deyilsənsə, Allah səni təmizə çı­xarda­caq. Yox, əgər günah iş görmüsənsə, Allahdan bağışlanma dilə, tövbə et! Həqi­qətən, əgər bəndə öz gü­nahını etiraf edib tövbə edərsə, Allah onun töv­bəsini qəbul edər". Peyğəmbər sözünü qurtardıqdan sonra mənim göz ya­şım kə­sildi və gözümdən bir damla yaş belə çıxmadı. Mən atama: "Allahın El­çisinə cavab ver!" - dedim. O dedi: "Vallahi, mən bilmirəm, Allahın El­çi­si­nə nə deyim". Sonra mən anama: "Allahın Elçisinə cavab ver" - dedim. O dedi: "Vallahi, mən bilmirəm, Allahın Elçisinə nə deyim". Mən az yaşlı qız uşa­ğı olduğum üçün, Qurandan çox dəlil-sübut bilmədiyimə görə dedim: "Val­lahi, hər şey mənə bəlli oldu. Siz insanların danışdıq­ları bütün bu söh­bət­lə­ri eşit­diniz, bu sizin qəlbinizdə özünə yer tapdı və siz onu təsdiq etdiniz. Əgər mən sizə günahsız olduğumu desəm, – Allah da bilir ki, həqiqə­tən, mən gü­nahsı­zam, – siz mənə inanmayacaqsınız. Yox əgər günahkar olduğumu eti­raf etsəm, – Allah da bilir ki, mən o günah­dan uzağam, – siz buna inana­caq­sı­nız. Vallahi, mən həm özümə, həm də sizə ancaq Yusufun atası Yaqubun de­di­yini misal çəkə bilərəm. Bir zaman o belə demişdir: "Mənə gözəl səbir gə­rək­dir. Söylədik­lərinizin müqabilində Allah­dan kömək diləmək lazımdır". (Yusuf, 18). (Bunları deyəndən) sonra mən gedib yerimə uzandım. Mən inanırdım ki, Allah mənim günahsız olduğumu üzə çıxardacaq. Lakin, vallahi, mən heç vaxt inan­mazdım ki, Allah mənim günahsız olduğum barədə vəhy na­zil edə­cək. Quranda mənim bu işim haqqında danışılacağını mən özümə rəva bil­mirdim. Mən ümid edirdim ki, Allahın El­çisi (salləllahu aleyhi və səlləm) mənə bəraət qazandıracaq bir yuxu görəcək. Vallahi, Rəsulullah heç yerindən qalxmamış və ev əhlin­dən də hələ bir kəs çolə çıxmamış ona vəhy nazil oldu. O, hər dəfə vəhy na­zil olduğu zaman düşdüyü görkəmi aldı. Endirilən kəlamın ağırlığından o çox şiddətli sıxıntı keçirdi və qış gü­nündə belə ondan mirvari dənəsi kimi dam­la-damla tər tökülməyə başladı. Vəhy nazil ol­duqdan sonra o güldü. Mənə dediyi ilk söz isə bu oldu: "Ey Aişə, Allaha həmd et! Allah səni təmizə çıxartdı". Anam mənə dedi: "Qızım, qalx Allahın Rəsuluna (təşəkkür et)!" Mən dedim: "Vallahi, mən nə ona təşəkkür edəcəyəm, nə də Allahdan başqa bir kimsəyə həmd edəcəyəm!" Uca Allah da bu ayələri nazil etdi: "Şübhəsiz ki, (Aişə barəsində) yalan xəbər gətirənlər özünüzdən olan bir dəstədir. Onu özünüz üçün pis bir şey hesab etməyin. Əksinə, bu sizin üçün xeyirlidir. O dəstədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. İçərilərindən günahın böyüyünü öz üstünə götürəni isə böyük bir əzab gözləyir. Nə üçün siz bunu eşitdiyiniz zaman mömin kişilər və qadınlar bir-biriləri haqda yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" - demədilər? Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar. Əgər Allahın dünyada və axirətdə sizə lütfü və mərhəməti olmasaydı, dedi-qodularınıza görə sizə böyük bir əzab toxunardı. O zaman siz bunu dilinizə gətirir, bilmədiyiniz sözü danışır və onu əhəmiyyətsiz bir şey hesab edirdiniz. Halbuki bu, Allah yanında çox böyük günahdır. Nə üçün siz onu eşitdiyiniz zaman: "Bizə bunu danışmaq yaraşmaz. Allahım! Sən pak və müqəddəssən! Bu, çox böyük bir böhtandır!"– demədiniz? Əgər möminsinizsə, bilin ki, Allah sizə bir daha buna bənzər şeyləri təkrarən etməməyinizi nəsihət edir. Allah Öz ayələrini sizə belə izah edir. Allah Biləndir, Müdrikdir. Möminlər barəsində iyrənc şayiələrin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah bilir, siz isə bilmirsiniz. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, Allah Şəfqətli və Rəhmli olmasaydı yaydığınız şayiələrə görə sizi məhv edərdi. Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, bilsin ki, o şeytan iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah istədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir". (ən-Nur, 11-21). Allah mənə bəraət qazandıran bu ayələri nazil etdikdən sonra, qohum­luq əlaqələ­ri xatirinə və kasıb olduğuna görə, öz malından Mistah bin Usasə­yə xərcləyən Əbu Bəkr əs-Sid­diq dedi: "Vallahi, Mistah Aişə barə­sində belə de­dikdən sonra mən ona malımdan heç bir şey verməyəcəyəm". Uca Allah da bu ayəni nazil etdi: "Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohum­la­ra, miskin­lərə və Allah yolunda hicrət edənlərə heç bir şey ver­mə­yə­cək­lə­ri­nə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Alla­hın sizi bağışla­ma­sını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir". (ən-Nur, 22). Əbu Bəkr dedi: "Xeyr, vallahi, mən istəyirəm ki, Allah məni bağışla­sın!" O, yenə də malından xərcləməyinə davam etdi (və dedi:) "Vallahi, mən heç vaxt malımı Mistahdan əsirgəməyəcəyəm!)" Allahın Elçisi Zeynəb bint Cəhşdən mənim barəmdə soruşub dedi: "Ey Zeynəb, sən nə deyə bilirsən, nə görmüsən?" O dedi: "Ey Allahın elçisi, mən gö­zümü, qulağımı (görmədiyim və eşitmədiyim şeylər­dən) qoruyuram! Mən onun barəsində xeyirdən başqa bir şey bilmirəm". Bu həmin Zeynəbdir ki, Peyğəmbərin zövcələri arasında gözəlliyi və Peyğəm­bə­rin yanında olan mövqeyi ilə mənimlə rəqabət aparırdı. Ancaq bu­nun pis aqibə­tindən qorxduğuna və gözəl dindar olduğuna görə Uca Allah onu qorudu". (əl-Buxari, 2661).
Bu böhtan atanlar münafiq idilər. Amma günümüzdə də belə sözləri dilə gətirənlər Allahın əzabından qorxmurlarmı? Peyğəmbərin həyat yoldaşı haqda belə şeylər danışan çox böyük günah qazanır. Həmçinin oxuyun:
Üzərinə namus iftirası atılan qadın bundan necə xilas bilər?
Peyğəmbərin Aişə ilə 9 yaşında ailə qurması məsələsi doğrudur?
Teqlər: 
Paylaş: