Uşaqları böyütmək üçün sələmə pul vermək icazəlidirmi?

    11.08.2017
Kimdən: 
Anonim
Sual: 
Salam Alekum!Faiz riba haramdi.Bes istisnalar varmi? Men atami 4yawimnan itirmiwem.Biz 3qardawiq.Atam rehmete gedende anamiz bize gore iwliye bilmirdi cunki cox balaca idik.Hemde biz xaricde oldugu ucun iw tapmaq cetin idi ozde qadin ucun.Ona gore de anamiz faiza pul verib bir teher dolanirdiq.bele bir vezyetde gunah etmiw sayilirmi anam?
Cavab: 
Və aleykum Salam. Riba (sələm) haramdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Dəfələrlə artırılmış olan sələmi yeməyin! Allahdan qorxun ki, bəlkə, nicat tapasınız. Kafirlər üçün hazırlanmış Oddan çəkinin". (Ali İmran, 130-131). Tək ananın öz uşaqlarını böyütmək üçün çalışmasının savabı nə qədər çox olsa da, bu, haram yolu ilə pul qazanıb onu uşaqlara yedirtməyə əsas vermir. Əslində, Allaha çoxlu dua edərək başqa halal bir yolla da çalışaraq ruzi qazana bilərdi. Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Həqiqətən, sən Uca Allahdan qorxaraq bir şeyi tərk etsən, Allah sənə ondan daha xeyir­lisini bəxş edər". (İmam Əhməd, 20758, 21282). Ona görə də, bunun haram olduğunu bildikdən sonra tövbə edərək bu əməli tərk etmək, namaz qılmaq və saleh əməllər etməklə Allaha yaxınlaşmağa çalışmalıdır. Daha ətraflı:
Namaz qılan insanın faizə pul alıb-verməsi düzgündür?
Sələm – Faiz
Paylaş: