Bəladan qurtulduqda sədəqə necə verilməlidir?

    07.09.2017
Kimdən: 
tural
Sual: 
Essalamu ELEYKUM.sedeqe ne vaxt verilmelidr?meselen kimese ziyan deymekden Allah saxladi.ve hami gordu ki Allah saxlamasa idi her hansi xeta olacaqdi.bu vaxt sedeqe nece verilmelidir? ne qeder olmalidir? cox xahis edirem cavablandirardiniz.evvelceden tesekkurler
Cavab: 
Və aleykum Salam. Uca Allah buyurur: "Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?" (ən-Nəml, 62).
Allahın sizdən bəlanı sovuşdurmasına görə şükr əlamət olaraq xeyirli əməlləri çoxalda, həmçinin sədəqə verə bilərsiniz. Sədəqə vermək vacib deyil, həmçinin sədəqənin nə zaman və nə qədər verilməsinin fərqi yoxdur. Daha ətraflı: Sədəqə haqqında 
Teqlər: 
Paylaş: