Qaynanam mənə zülm etdiyi üçün ərimlə onun arasının soyuması üçün bəddua edirəm...
Sual:
Salam...Qaynanamnan zehlem gedir cunki yoldawimnan soyudub meni elecede evden soyumuwam cox pis insandi bu hami bilir butun baci qardawi qohumlari...Allaha dua eliyiremki neceki meni yoldawimnan evden soyudub Allahda ele elesinki yoldawim anasinnan soyusun.Uwagimi elimnen almaqla incidibler meni azan sesi gelen kimi icimnen ona qargiw elemek gelir o derecede meni incidib..Yoldawimin onnan soyumagini Allahdan istiyirem eger duam qebul olsa gunah deyil?? Cunki Allahdan istiyirem Allah duzemse olacaq duz deyilemse olmayacaq onu fikirlewirem icim rahat olur.ama bele valideyne pis olmaqdan xowum gelmir sadece o meni cox incidib.indi menim bele dua elemeyim gunahdi?
Cavab:
Va aleykum Salam. Qaynananız sizə zülm edibsə, sizdən halallıq almadan dünyadan köçsə, Qiyamət günü siz ondan haqqınızı ala biləcəksiniz. Bu, onun savablarının sizə verilməsi və ya sizin günahlarınızın ona yüklənməsi şəklində olur. Siz onu bağışlasanız, sözsüz ki, buna görə də böyük mükafat qazana bilərsiniz. Uca Allah buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar". (Fussilət, 34). Qaynananızı bağışlamaq və ya ona bəddua etmək sizin haqqınızdır, amma ərinizin anasından soyuması üçün dua etmək qadağandır, çünki burada qohumluq əlaqələrinin pozulması istəyi var, bunu istəmək isə haramdır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər...". (Muslim, 2736). Həmçinin oxuyun: