Qaynanam mənə zülm edir və ərimi də mənə qarşı qaldırır...

    09.03.2017
Kimdən: 
Guler
Sual: 
Allah sizden razi olsun suallarimi cavablandirisiz.haqqinizi hallal edin.1.qaynanam xestedi deye hetta hamamada men saliram.altini ustunu deyiwdirem.her weyi men edirem.korpe uwaqliyam.hec uwagima baxanmiram ona gore.ama buna baxmayaraq o mene zulmm edir dili ve emelleriyle.oglun doldurur.meni ve ata anami soydurur.men etdiyim her iwi ona haram edirem.hallaliq vermirem.buna gore gunah qazanirammi?ve birde qargiw edirem ozumden asli deyil.bura her weyi yazanmiram.2.birnece gun olar namaz qilmiram artiq.cunki yoldawimla 2si korpe uwagli olaraq namaz qildigimcun berk dalawdilar menle.hemde seherden geceye kimi olara baxiram.1deq su bele icenmirem.yemeyide ayaqustu.erimede haqqimi haram edirem
Cavab: 
Salam aleykum.
1. Haqsızlığa məruz qalan insan haqqını halal edib-etməməsi özünə aiddir. Lakin, Uca Allah bağışlayan və əfv edən olduğuna görə haqsızlığa məruz qalıb bağışlayan qulunun izzətini artırır. Zülmə və haqsızlığa məruz qalan hər kəs Qiyamət günü öz haqqını alacaq. Bu, zülm edənin savablarından götürülüb ona verilməsi və ya zülmə məruz qalanın günahlarından götürülüb zülm edənə yüklənməsi şəklində olur. Ümumiyyətlə bu cür hallara görə çox üzülmək lazım deyil. Uca Allah Qiyamət günü hər kəsin haqqını verəcək və ədalətlə hökm edəcək: "Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!" (əl-Əraf, 199); "Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir". (əş-Şura, 40); "Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbr edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nə­­sib olur". (Fussilət, 34-35).
Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) de­miş­dir: "Sədəqə vermək malı əskiltməz. Bağışlayan oldu­ğuna görə Allah qulunun izzə­ti­ni artırar. Bir kimsə Allah üçün təvazökar olarsa, Allah da onu ucaldar". (Səhih Muslim, 2588). Daha ətraflı: Qaynanamla yola getmirəm, nə edim?
2. Namazı heç bir halda dayandırmaq olmaz. Bu böyük günahlardan sayılır. Həmçinin, oxuyun:
Paylaş: