Bəzi məscidlərdə qiblənin istiqaməti səhv ola bilərmi?
Sual:
As salam aleykum.Allaha shukurler olsun ki, men iki aydir ki namaza bawlamiwam. Namaz qilmaq ucun mescide gedende bir nece defe gordmuwdum ki, bezi insanlar namazi mescidde gosteren qible terefe yox, qibleden bir az qerbe teref namazi qilillar. Ola bilermi ki mescidde qible sef gosterilsin? Sef deyilse hemin insanlar namazi uzu hara qilir? Cox sag olun.
Cavab:
Və aleykum Salam. Qədim məscidlərdə qiblənin bir qədər sağa və ya sola əyilməsi mümkündür, çünki o dövrlərdə kompassız, təqribi şəkildə qiblənin hansı istiqamətdə olmasını müəyyənləşdirib məscid tikirdilər. Bu fərq bir neçə dərəcə təşkil edəndə ciddi xəta sayılmır, lakin qiblənin istiqamətində nəzərə çarpacaq dərəcədə istiqamət fərqi hiss olunursa, bu zaman qiblənin istiqamətini düz hesablayıb namazları bu istiqamətdə qılmaq lazımdır. Belə məscidlərdə məscid tikilən istiqamətə yox, qibləyə yönələrək namaz qılınır. Hər bir halda bunu məscidin imamından dəqiqləşdirin. Həmçinin oxuyun: Qibləni necə təyin etmək olar?