Tövbə namazı necə qılınır?

    20.02.2014
Sual: 
Salam aleykum. Men tovbe namazı qilmisham. Niyyet etdim ve dedim ki, tovbe namazi qiliram. İki ruket qildim. O biri namazlarda dediyim sureleri oxudum. Sizce tovbem qebul olubmu? Duz qilmisham?
Cavab: 

Va aleykum Salam. Tövbə etmək üçün namaz qılmaq vacib deyil, amma istəyən qıla bilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demiş­dir: "Günah etdikdən sonra dəstəmaz alıb iki rükət namaz qılan və Allahdan günahına görə bağışlanma diləyən elə bir qul yoxdur ki, Allah onu bağışlamasın". (İbn Hibban, 623). Tövbə namazı üçün xüsusi bir dua və namazda oxunacaq seçilmiş bir surə yoxdur. Qeyd etmək lazımdır ki, namaza niyyət dil ilə deyil, qəlb ilə edilir. Daha ətraflı:
Tövbə etsəm, Allah bağışlayarmı?
Niyyət etmək bidətdirmi?

Teqlər: 
Paylaş: