Zina etmişəm, bu günahın aşkara çıxmaması üçün nə edim?
Sual:
Salam aleykum.cox cox uzr isfeyirem sualima gore
men cox boyuk gunah etdim.Namaz qilan hicabli qadinam.lakin yoldawimin xeyanetinden sonra mende zina etdim.ve cox cox pewmanam.tovbe etmiwem
Lakin cox ezab cekirem kaw etmeyeydim deye.tez tez uz uzu gelirik.cox qorxuram kimese deyer.aciga awkara cixar deye.xaiw edirem.yol gorsedin
Cavab:
Və aleykum Salam. Zina etmək böyük günahlardan olub qəbir əzabına və Cəhənnəm əzabına aparır. Bu əməli edənlər səmimi qəlblə peşman olaraq Allahdan bağışlanma dilənməli, bu günaha aparan yollardan çəkinməli (naməhrəmə baxmaq, söhbət, toxunmaq, tək qalmaq və s.) və Allahın razılığını qazanmaq üçün başda namaz olmaqla xeyirli əməlləri artırmalıdırlar (məsələn: nafilə ibadətlər etmək, valideynlərə yaxşılıq, sədəqə vermək, dini öyrənmək və s.). Günah edən şəxs günahını gizlədərək heç kimə danışmamalıdır. əl-Ğafur (günahları bağışlayan), əl-Ğaffər (günahları örtən), əs-Sittir (günahları örtüb gizlədən) adları ilə günahınızın aşkara çıxmaması üçün dua edə bilərsiniz. Məsələn: "Ya Ğaffər, günahlarımı ört". Həmçinin oxuyun: