Namazı bilməyərəkdən vaxtından qabaq qılan nə etməlidir?
Sual:
namazi bilmeyerekden vaxtindan tez qilmisam ne etmeliyem
Cavab:
Salam aleykum. Uca Allah buyurur: "Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisa, 103). Heç bir səbəb olmadan vaxtından qabaq qılınan namaz batildir. Bu namaz yenidən və vaxtında qılınmalıdır. Əgər vaxtı keçibsə gecikdirmədən qəzasını qılmaq lazımdır. Yalnız, zərurət hallarında və səfərdə əsr və işa namazlarını birləşdirərək vaxtından əvvəl qılmağa icazə var. Daha ətraflı: Zərurətdə namazı birləşdirmək olarmı?