Ailəmin dağılmasına səbəb olan adamlar günah qazanırlarmı?

    31.10.2017
Kimdən: 
Gulya
Sual: 
Salam Aleykum. Men 1 ilden coxdurki erimden ayrilmiwam. 2 elave uwaq ustune kocmuwdum. 1ilden artiq erde qaldim erimle cox gozel munasibetim vardi qaynanam qaynim baldizim sebeb olaraq ayrildiq mene erim helede seni bowadim demeyib 1 oglum var. Erim anasinin sozuyle mene nalayiqvkelmeler iwledib. Bilmej isteirem. Qesnen aile dagitmaq er arvadin arasina girmek bowatmaq gunahdirmi. Hal hazirda atam evindeyem.hemde bawqa sevdiyim oglan var. Men onunla kebin kesdirmek isteyirem. Ailemizden heckim bilmir. Bu gunah sayilarmi.cox xaiw edirem cvb yazin.
Cavab: 
Və aleykum Salam. Qəsdən ailənin dağılmasına səbəb olmaq böyük günahlardandır. Qiyamət günü sizə qarşı bunu edənlərdən öz haqqınızı ala biləcəksiniz. Əgər əriniz sizə boşamaqla bağlı heç nə deməyibsə, ayrı yaşamağınıza baxmayaraq siz hələ boşanmış sayılmırsınız. Ərinizdən boşanma tələb edə və ya hər iki tərəfin böyükləri ilə bu məsələni həll edə bilərsiniz. Boşanma baş verəndə kəbin kağızı qüvvədən düşür. Boşanmadan sonra sizin gözləmə müddətiniz üç ay olmalıdır. Ondan sonra istədiyiniz şəxslə şəriətə müvafiq ailə həyatı qura bilərsiniz. Amma kəbini vəliniz olmadan, gizlində kəsdirə bilməzsiniz, bu, batil nikahdır. Həmçinin oxuyun: 
Teqlər: 
Paylaş: