Ata-anaya zəkat vermək olarmı?

    03.11.2017
Kimdən: 
Konul
Sual: 
Salam aleykum. Mənim sualım zəkatla bağlıdır. Qardaş atanın evini (özü də həmin evdə olur) banka girov qoyub kredit götürüb və krediti ödəyə bilmir. Ata və ana pensiyalarını o kreditə ödəyirlər və yenə də kifayət etmir.Qız ev almaq üçün pul yığıb,o puldan ata ananın krediti bağlamağına kömək etsə zəkat kimi qəbul olunarmı? Qeyd etmək istərdim ki, qızın da öz ailəsi var, oğulun da. Öncədən təşəkkür ediəm cavab üçün.
Cavab: 

Və aleykum Salam. Kredit götürmək haramdır, belə vəziyyətə düşməmək üçün kredit götürməkdən çəkinmək lazımdır. Ata-anaya yardım etmək vacibdir, lakin onlara zəkat düşmür. Ona görə də ata-anasına yardım etsin. Qalan məbləğ zəkat düşəcək qədər olarsa, həmin məbləğin zəkatını (2.5 %) çıxararaq ehtiyaclı insanlara paylasın. Kimlərə zəkat vermək haqqında daha ətraflı Zəkat məqaləsini oxuyun.

Teqlər: 
Paylaş: