Sübh namazını qəzasını günəş çıxarkən qılmaq olarmı?

    08.11.2017
Kimdən: 
fehmin
Sual: 
Salam.Deyilir ki,subh namazini gunes gozle gorunene qeder qilmaq olar,eger yatib qaldiqda veya her hansi bir uzrlu Sebeb olduqda gunes cixdiqdan sonra bele qilmaq olar.Sonra burda oxudum ki,deyirsiz,gunes cixanda sonra namaz qilmaq olmaz cunki gunes seytanin buynuzlarinin arasindan cixir.Indi deqiqlesdirmek isteyirem, uzrlu sebeb olduqda gunes cixdiqdan sonra namaz qilmaq olar ya yox?
Cavab: 

Va aleykum Salam. Bu qadağa nafilə namazlara aiddir. Namaza yatıb qaldıqda və ya unutduqda, yuxudan oyanan kimi və ya yada düşən kimi həmin namazı qılmaq lazımdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim namaza yatıb qalarsa və ya (namaz qılmağı) unudarsa, yadına düşən kimi qılsın! Bunun kəffarəsi yalnız budur". (Səhih Muslim, 1103). Həmçinin oxuyun: Qəza namazları neçə rükət və nə vaxt qılınır?

Teqlər: 
Paylaş: