Bəzi sözlərə görə tövbə etsəm, Allah məni bağışlayarmı?

    21.11.2017
Sual: 
Salam Aleykume.Men bezi sozleri demeyeceyime gore tovbe etmisem.Ama ya ureyimde deyirem ya da seytan dedizdirir.Men bezu sozleri demeye tovbe etmisem ve bu cox cetindi.Tez tez gunaha batiram ona gore.Eger men ALLAHİMA soze gore tovbe elediyim ucun uzr istesem ve birde soze gore tovbe elemeyecyimi desem ALLAHİm meni bagislayarmi ve o sozleri yene demeyime icaz verermi?
Cavab: 
Va aleykum Salam. İnsan ağlına gələn fikirlərə əməl etmədikcə günah qazanmır. Pis fikirlər şeytanın vəsvəsəsidir. Şeytandan qorunmaq üçün Uca Allahı çoxlu zikr etmək lazımdır. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Uca Allah ümmətimdən nəfslərində etməyi arzuladıqları şeyləri etmədikləri və danışmadıqları müddətcə əfv etdi". (əl-Buxari, cild: 7, səh: 59). Aşkarda danışdığınız pis sözlərə görə də "əstəğfirullah və ətubu ileyhi" - (Allahdan bağışlanma diləyirəm və Ona tövbə edirəm) duasını çoxlu deyin. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: