İçkili halda Quran olan otağa daxil olmaq olarmı?

    25.02.2014
Sual: 
Salam aleykum. İçkili halda Quran olan otaga girmek olarmı? Eger sonradan bilib ki, evde Quran var. Bele halda tövbe etmek ve yaxud hansısa bir duamı oxumaq lazımdır?
Cavab: 

Aleykum salam. Qurani Kərim Uca Allahın kəlamıdır. Qurani Kərimə hörmətlə yanaşmaq, Uca Allaha olan imandan irəli gəlir. Lakin biz Qurana yalnız Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) və onun səhabələri (Allah onlardan razı olsun) kimi hörmət etdikdə, Uca Allahın razılığını qazanmış oluruq. Bu isə ilk növbədə Quranı oxuyaraq, onun ayələri haqda düşünüb daşınmaq, orada buyurulanlara əməl etmək və qadağan olunanlardan çəkinmək ilə mümkün olur. İçki içən Quranda Uca Allahın haram buyurduğu bu əməli tərk edib Uca Allahın yoluna qayıtmalıdır. 

Teqlər: 
Paylaş: