Məcburən and içmişəm, andımı poza bilərəmmi?
Sual:
Salam aleykum. Mən əvvəl şiə namazı qılmışam. Sonra sünnü namazı qıldım. Lakin anam məni şiə namazını qılmağa məcbur etdi. Nənəm mənə dedi ki, Allaha and iç ki, şiə namazı qılacaqsan. Mənə dedi ki, əgər belə etməsən səni namaz qılmağa qoymayacağam. Sən vəhabisən dedi mənə. Mən də and içmək məcburiyyətində qaldım. Indi andımı poza bilərəm? Bilirəm ki, haqq yol sünnədir. Amma məni qoymurlar.
Cavab:
Aleykum salam. Bəli, siz andınızı poza bilərsiz və yaxşı olardı ki, üç gün oruc tutasız. Uca Allah buyurur: "Allah sizi bilmədən içdiyiniz andlarınıza görə cəzalandırmaz, lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!" (əl-Maidə 89).