Allaha şərik qoşmadığı halda zina və oğurluq edən Cənnətə girə bilərmi?
Sual:
salam aleykum size bir sualim.var in se Allah buxaride hedis var.1237.ebu zer ra revayet eleyir ki peygeber Sallallahu aleyhi ve sellem diyib ki Ummetimnen kim.Allaha sirk qosmuyib olerse cennete daxil olar sehabe diyir zina etmiw ve ogruluq etse bele beli .bunu aciklamasi nedi inwa Allah
Cavab:
Va aleykum Salam. Əbu Zərr (Allah ondan razı olsun) demişdir: "(Bir dəfə) mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldim. (Həmin vaxt) o, üstünə ağ örtük sərib yatmışdı. Artıq o, oyanmışdı. Mən onun yanında oturdum və o, mənə belə buyurdu: "Lə iləhə illəllah" deyən və (qəlbən) bunu təsdiqləyərək ölən hər bir bəndə mütləq Cənnətə girəcəkdir". Mən soruşdum: "Zina etsə, oğurluq etsə belə?" Dedi: "Zina etsə, oğurluq etsə belə". Mən yenə soruşdum: "Zina etsə, oğurluq etsə belə?" Dedi: "Zina etsə, oğurluq etsə belə". Dedi: "Zina etsə, oğurluq etsə belə. Əbu Zərin xoşuna gəlməsə belə". Əbu Zərr bu hədisi danışarkən deyərdi: "Əbu Zərrin xoşuna gəlməsə belə". (Səhih əl-Buxari, 5827, 6268, 6444; Səhih Muslim, 273).
"Lə iləhə illəllah" (tövhidi) qəbul edərək ölən kimsə hökmən Cənnətə daxil olacaq. Əgər bu adam uşaq, yaxud dəli, yaxud şirkdən və başqa günahlardan tövbə etmiş birisi kimi günahsızdırsa və tövbə etdikdən sonra günah etməyibsə, Cəhənnəmdən uzaq olub Cənnətə girəcək. Kim də böyük günah edər və tövbə etmədən dünyadan köçərsə, Uca Allahın istəyi altında olar. İstəsə, onu bağışlayar və Cənnətə daxil edər. İstəsə də, ona Cəhənnəmdə istədiyi qədər əzab verər, sonra da onu Cənnətə daxil edər. Allah tövhid üzərində ölən heç bir kəsi – həmin adam nə qədər günah etsə belə əbədi olaraq Cəhənnəmdə saxlamaz. Necə ki, kafir olaraq ölən kimsəni həmin adam nə qədər yaxşılıqlar etsə belə Cənnətə daxil etməz. Uca Allah buyurur: "Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur". (ən-Nisa, 48). Həmçinin oxuyun:
Şirk nədir?
Günahlar tövbəsiz bağışlana bilərmi?