Sevdiyimi başqasına ərə veriblər, mən nə edim?

    25.12.2017
Kimdən: 
Aliko
Sual: 
Salam. 2.3 il idi bir birimizi sevirik baglanmiwig o vaxt var idi ayrilanlara gulurdum bele wey olmaz sevirsense ola bilmez bele ayrilmag deyirdim.ama Allah ele bir yol ile aldiki elimnen carem bele qalmadi.. hedeleyerek qorxudaraq kimlerinse olumuynen hedeleyib ona mecburi gelinlik geyindirib bawqasina ere verdiler ama bu deqiqenin ozunde de men ona ozune hecne elememeyine sebebem .ve biliremki men olmasam neler olacag buna arxeyinem..indi mene ne meslehet vere bilersiz dini baximdan ve ya insani huquqi baximdan men ne ede bilerem ? bu cox uzun meseledir bacardigim qeder qisa yazdim bir az anlayiwiniz olsun deye meslehet veresiniz deye.
Cavab: 
Va aleykum Salam. Dinimizdə qızı zorla ərə vermək şəri nikahın qaydalarına ziddir, lakin o, artıq ərə gedib və başqasının həyat yoldaşıdır. Ona görə də siz onu unutmağa çalışın, onunla bütün əlaqələri kəsin və öz dualarınızda Allahdan sizə dünya və axirətiniz üçün daha xeyirli olan zövcə nəsib etməsini istəyin. Həmçinin oxuyun:
Haram sevgini necə unutmaq olar?
Teqlər: 
Paylaş: