Namazları birləşdirərkən nə demək lazımdır?

    19.11.2017
Kimdən: 
Gulnar Alıyeva
Sual: 
Salam, men her gun namazı vaxtında qıla bılmırem. Namazı birleşdırmek nece olur Ve en esas sualım budur kı, namazı bırlesdırerken evvelde ne deyilir?
Cavab: 
Va aleykum Salam. Namazları iki halda birləşdirmək olar. Birinci hal səfərdə olarkən, ikinci hal isə zərurət halıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) həyatı boyu bir gün heç bir səbəb olmadan namazları birləşdirib qılmışdır. İbn Abbas (Allah onlardan razı olsun) deyir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) Mədinədə olarkən heç bir təhlükə və ya yağış olmadığı halda Zöhrlə Əsri, Məğriblə İşa namazlarını bir vaxtda qıldı". İbn Abbasdan (radıyəllahu anhumə): "Bunu nə üçün etdi?" - deyə soruşdular. O isə belə cavab verdi: "O, ümmətini çətinliyə salmamaq üçün belə etmişdi". (Muslim, 705). Ona görə ciddi ehtiyac olduqda, adət halına salmadan Zöhr namazı ilə Əsr namazını, Məğrib namazı ilə də İşa namazını birləşdirmək olar. İki namazı birləşdirərkən hər hansı birinin vaxtında qılmaq icazəlidir. Yəni, Zöhrlə Əsri Zöhrün girdiyi vaxtdan Əsrin çıxdığı vaxta qədər, Məğriblə İşanı isə Məğribin girdiyi vaxtdan İşanın çıxdığı vaxta kimi birləşdirib qıla bilərsiniz. Həmçinin, namazları birləşdirərkən sözlərində hər hansı bir dəyişiklik olmur. Eyni qaydada eyni surələr, dua və zikrlər oxunur. Əgər siz namazdan qabaq niyyəti söz ilə deməyi nəzərdə tutursunuzsa, dinimizdə niyyəti dil ilə demək yoxdur və bunu etmək bidət sayılır. Həmçinin oxuyun:
Niyyət etmək bidətdirmi? 
Teqlər: 
Paylaş: