Ərimin uşağımıza mənim razı olmadığım adı qoyması doğrudurmu?

    13.12.2017
Kimdən: 
sona
Sual: 
salam menim 11 ayliq usagim var hamilelik vaxtindan dua etmisemki usagimin adini omer qoyacam yoldasimda razi idi olandan sora babasini adi qoydu men helede barisa bilmire adiyla hec adini bele dilime gelmir cagirmaga yenede umid edirem ki allah bir yol gorseder adini deyiserem istediyim ad qoyar amma helede metirkasi cixartmayub bu ne derecede dogrudur
Cavab: 
Va aleykum Salam. Allah övladınızı qorusun və salehlərdən eləsin! Doğulan uşaqlara yaxşı ad qoymaq övladın valideyn üzərində olan haqlarındandır. Sözsüz ki, ən yaxşı adlar Uca Allahın adları və Onun peyğəmbərlərinin (Allahın onlara salamı olsun), həmçinin səhabələrin (Allah onlardan razı olsun) və keçmiş əməlisalehlərin (Allah onlara rəhmət etsin) adlarıdır. Amma dini ad qoymaq vacib buyurulmamışdır. Əsas şərt odur ki, qoyulan adların mənası gözəl olsun. Əgər yoldaşınızın övladınıza qoyduğu adın mənası yaxşıdırsa, ərinizə tabe olaraq əlavə söz-söhbət çıxarmamanız daha yaxşıdır. Adın mənası pisdirsə və ya yaxşı olmasına baxmayaraq dilimizə yaddırsa və gələcəkdə uşağın öz həmyaşıdları arasında sıxıntı çəkməsinə səbəb olacaqsa, ərinizlə məsləhətləşib istədiyiniz adı qoya bilərsiniz. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: