İşlərimin uğursuz getməsi nədən ola bilər?
Sual:
Salam. Mənim 34 yaşım var. Kifayət qədər elm və savadım olduğu halda mən hara əlimi atıramsa işlərim tərs gətirir. Sanki kimsə tərəfindən lənətlənmişəm və ya kimsə mənə bəddua edib ki maliyyə durumum həmişə pis olsun. Mən necə dua edə bilərəm ki üstümdə olan bu bəd nəzər və ya nəfs götürülsün? Necə olur ki mənə pul verən insan 1 saat sonra və ya bir gün sonra zəng edir deyir ki filankəsim rəhmətə gedib gələsi olmadım. Belə hallar dəfələrlə baş verib. Məni yolumu kəsən nədir? Bu qədər də uğursuzluqmu olar? Heç kimə pislik eləməmişəm. Əksində çalışıram ki insanlara yaxşılıq edib savab qazanım
Cavab:
Va aleykum Salam. Hər kəsin həyatında işlərinin yaxşı və pis getdiyi vaxtlar olur. Uğursuzluğun müxtəlif səbəbləri olsa da, ümumən bu, Allahın imtahanlarıdır. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver". (əl-Bəqərə, 155).
Sıxıntıların aradan qalxması və ruzinizin artması üçün Allaha çoxlu dua edin və ruzi qazanmaq üçün çalışın. Daha ətraflı:
Sıxıntıların aradan qalxması və ruzinizin artması üçün Allaha çoxlu dua edin və ruzi qazanmaq üçün çalışın. Daha ətraflı: