Mənə böhtan atan insana yaxşılıq etməliyəmmi?

    04.01.2018
Kimdən: 
Aysen
Sual: 
salamun aleykum yaxin adama cox yaxsiliq etmisem amma o mene bohtan atib basqa yerde meni paxil adlandirib islamda bu cur insanlara hokmu nedir ?Imam Eliden hedis var size pislik edene yaxsiliq edib ona ezab verin qeti yaxsiliq ede bilmirem o sexse qelbimde bu seytanin vesvesesidir?
Cavab: 
Va aleykum Salam. Sizə böhtan atmış insan haqqınıza girərək sizə zülm etmişdir. Uca Allah buyurur: "Kim xəta edər və ya günah qazanarsa, sonra da onu təqsiri olmayanın boynuna atarsa, özü üzünə böhtan atmış və açıq aydın günaha batmış olar". (ən-Nisa, 112).
Qiyamət günü hər kəs ona zülm etmiş insandan öz haqqını alacaq. Bu, zülm etmiş insanın savablarını məzluma verməklə və ya məzlumun günahlarının zülm edənə yüklənməsi şəklində olacaq. Amma sizə pislik etmiş insanı bağışlamaq vacib yox, bəyənilən əməllərdəndir. Uca Allah buyurur: "Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir. Haqsızlığa uğradıqdan sonra qisas alanlara heç bir məzəmmət olunmaz. Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır. Hər kim səbir edib bağışlasa, şübhəsiz ki, bu məqsədə uyğun işlərdəndir". (əş-Şura, 40-43).
Amma təbii ki, siz də əvəzində ona böhtan atmamalısınız, çünki böhtan böyük günahlardandır. Sadəcə siz ona haqqınızı halal etməyib Qiyamət günü haqqınızı tələb edə bilərsiniz. Daha ətraflı:
Paylaş: